...

Pakistanda avtobus qəzaya uğrayıb: 20-dən çox ölü

Dünya xəbərləri Materials 3 Noyabr 2021 13:48 (UTC +04:00)
Pakistanda avtobus qəzaya uğrayıb: 20-dən çox ölü

Bakı. Orxan Nəbiyev - Trend:

Pakistanın Cammu Kəşmir əyalətində avtobusun dərəyə yuvarlanması nəticəsində 23 nəfər həlak olub.

Trend-in məlumatına görə, Ravalpindi əyalətinə hərəkət edən avtobus naməlum səbəbdən qəzaya uğrayıb.

Qeyd olunur ki, avtobusda 30-dan çox sərnişin olub. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti