...

İspaniyada 60 yaşdan yuxarı insanlara peyvəndin üçüncü dozası vurulucaq

Dünya xəbərləri Materials 18 Noyabr 2021 00:30 (UTC +04:00)

Bakı. Trend:

İspaniya hakimiyyəti COVID-19-a qarşı peyvəndin üçüncü - "buster" dozasını ala biləcək şəxslərin siyahısına 60 yaşdan yuxarı şəxsləri və tibb işçilərini əlavə edib.

Trend-in məlumatına görə, bu barədə İspaniya Baş naziri Pedro Sançes bildirib.

Baş nazir deyib: "Peyvəndlər üzrə komitənin iclası indicə başa çatıb və qərara alınıb ki, peyvəndlərin üçüncü dozası tibbi, həmçinin tibbi-sosial sahənin mütəxəssislərinə, eləcə də 60 yaşdan yuxarı insanlara vurulsun".

"The Guardian" qəzeti xatırladıb ki, əvvəllər peyvəndlərin "buster" dozaları 70 və yuxarı yaşda olan insanlar arasında vurulub. Həmçinin oktyabr ayında İspaniyada xərçəng xəstələrini, qocalar evlərinin sakinlərini və əhalinin digər həssas qruplarının nümayəndələrini peyvənd etməyə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti