...

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi "Taliban"la terrorizmə qarşı mübarizə yollarını müzakirə edəcək

Dünya xəbərləri Materials 24 Noyabr 2021 05:39 (UTC +04:00)
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi "Taliban"la terrorizmə qarşı mübarizə yollarını müzakirə edəcək

Bakı. Trend:

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest gələn həftə "Taliban"la məsləhətləşmələrə başlayacaq.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

Onun sözlərinə görə, T.Uest gələn həftə Qətərə yollanacaq və orada "Taliban"ın liderləri ilə görüşlər keçiriləcək.

Görüşlərdə ABŞ-ın milli təhlükəsizliyi üçün vacib hesab etdiyi mövzular müzakirə olunacaq: terrorizmlə mübarizə, humanitar məsələlər, Əfqanıstanda ABŞ vətəndaşlarının hərəkət azadlığının təmin edilməsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti