...

İsveçdə ilk qadın baş nazir seçilib

Dünya xəbərləri Materials 24 Noyabr 2021 13:55 (UTC +04:00)
İsveçdə ilk qadın baş nazir seçilib

Bakı. Orxan Nəbiyev - Trend:

İsveç parlamentində keçirilmiş səsvermə nəticəsində Sosial-Demokrat İşçi Partiyasının rəhbəri Maqdalena Andersson ölkənin yeni baş naziri təyin olunub.

Trend-in məlumatına görə, o, İsveçin ilk qadın baş naziri olacaq.

M.Andersson 2014-cü ildən İsveçin maliyyə naziri olub.

Qeyd edək ki, sabiq baş nazir Stefan Löven noyabrın əvvəlində istefa vermişdi. Hazırda o, keçid hökumətinə rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti