...

ABŞ 500-dək yeni nüvə bombası istehsal edəcək

Dünya xəbərləri Materials 5 Dekabr 2021 17:15 (UTC +04:00)
ABŞ 500-dək yeni nüvə bombası istehsal edəcək

Bakı. Trend:

ABŞ 2025-ci ilə qədər 480 yeni B61-12 taktiki nüvə bombası istehsal edəcək.

Trend xəbər verir ki, bu Amerika alimləri federasiyasının məlumatlarında əks olunub.

Bu rəqəm Çin, Fransa, İngiltərə, Pakistan, Hindistan, Şimali Koreya və İsrailin nüvə silahlarının arsenalını üstələyir.

B61-12 nüvə bombaları əvvəlki B61-3, 4, 7 10 və 11 versiyalarının modifikasiyasıdır. Onlar B-2 Spirit strateji gizli bombardmançıları və hazırlanmaqda olan B-21 Raider-i, eləcə də Avropada Amerika və NATO-nun digər qırıcı-bombardmançı təyyarələrini təchiz etmək üçün nəzərdə tutulub.

Müxtəlif hesablamalara görə, hazırda ABŞ-ın Avropada taktiki aviasiyada istifadə üçün 100-dən 150-dək nüvə bombası var. Beləliklə, ABŞ öz taktiki nüvə potensialını üç dəfə genişləndirməyə hazırlaşır. Bunlar ABŞ Hərbi Hava Qüvvələrinin və NATO tərəfdaşlarının F-35A, F-15E və F-16C / D, F / A-18 və Tornado taktiki qırıcı-bombardmançılarını təchiz etmək üçün nəzərdə tutulmuşdur.

Yeni modifikasiyanı əvvəlki nəsil bombadan paraşütün olmaması və tətbiqin dəqiqliyini artıran inersial istiqamətləndirmə sistemi ilə təchiz olunmuş quyruq hissəsinin olması fərqləndirir. Bu amil onu paraşütlə deyil, yüksək hündürlükdə uçan təyyarədən birbaşa atmağa imkan verir, bundan sonra bomba avtonom şəkildə hədəfə doğru uçur, lazım gələrsə, ona doğru istiqamətlənə bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti