...

Türkiyədə son sutkada koronavirusdan 24 042 nəfər sağalıb

Dünya xəbərləri Materials 14 Dekabr 2021 22:55 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 24 042 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 181 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 358 117 nəfər test edilib, 21 477 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 24 042 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti