Bakı. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aleksey Tsoyun səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən bildiriblər.
"Dövlət başçısının sərəncamı ilə Tsoy Aleksey Vladimiroviç Qazaxıstan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib", - deyə məlumatda bildirilir.