...

Tehran metrosunda qatarlar toqquşub, yaralılar var

Dünya xəbərləri Materials 22 Dekabr 2021 09:29 (UTC +04:00)
Tehran metrosunda qatarlar toqquşub, yaralılar var

Bakı. Elnur Bağışov – Trend:

Bu gün səhər saatlarında İranın paytaxtı Tehranda metro qəzası olub.

Trend-in məlumatına görə, Kərəc-Qolşəhr stansiyasından Sadiqiyyə stansiyasına hərəkət edən sürətli metro qatarı Çitgər stansiyasında başqa bir qatarla toqquşub.

İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledinin sözlərinə görə, hadisə nəticəsində 12 nəfər yaralanıb, yaralılardan birinin vəziyyəti ağırdır:

“Hadisə yerinə təcili yardım maşınları cəlb olunub. İndiyədək ölüm halı qeydə alınmayıb”, - deyə o bildirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti