...

Özbəkistanda 5 yaşdan yuxarı uşaqların peyvənd olunmasına icazə verildi

Dünya xəbərləri 20 Yanvar 2022 21:55 (UTC +04:00)

Bakı. Trend:

Özbəkistanda 5 yaşdan yuxarı uşaqların koronavirusa qarşı peyvənd olunmasına icazə verildi.

Trend-in məlumatına görə, bunu ölkənin Sanitar-Epidemioloji Rifah və İctimai Səhiyyə Xidmətinin rəisinin müavini Nurmat Atabekov deyib.

"Koronavirus infeksiyasının yeni ştammının ölkədə yayılmasının qarşısının alınması məqsədilə beynəlxalq və milli ekspertlərin tövsiyələri nəzərə alınmaqla, 5-11 yaşlı uşaqların COVID-19-a qarşı könüllü peyvənd edilməsinə başlanılıb", - deyə N.Atabekov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti