...

Rusiyada bir gündə 88 mindən çox şəxs koronavirusa yoluxub

Dünya xəbərləri Materials 27 Yanvar 2022 12:58
Rusiyada bir gündə 88 mindən çox şəxs koronavirusa yoluxub

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada son sutka ərzində 88 816 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.

Əvvəlki gün 74 692 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 11,4 milyonu ötüb.

Eyni zamanda, son sutkada 665 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 657 nəfər idi.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 328 770 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti