...

İtaliyada prezident seçkilərinin altıncı turu da nəticəsiz yekunlaşıb

Dünya xəbərləri Materials 29 Yanvar 2022 04:39
İtaliyada prezident seçkilərinin altıncı turu da nəticəsiz yekunlaşıb

Trend-i buradan izləyin

Bakı. Trend:

İtaliyanın 13-cü prezidentini müəyyən etmək üçün keçirilən prezident seçkilərinin altıncı turunda da heç bir namizəd ilk beş turda olduğu kimi lazımi səs sayına çata bilməyib.

Trend xəbər verir ki, bunu İtaliya parlamentinin aşağı palatasının sədri Roberto Fiko deyib.

Səsvermə milli parlamentin hər iki palatasının birgə iclasında keçirilib. İclasda 976 parlamentari iştirak etsə də, onlardan yalnız 531-i səs verib.

Dördüncü turdan başlayaraq namizədlərə prezident seçilmək üçün 505 səs toplamaq lazımdır. Hazırkı prezidenti Sercio Mattarella 336 səs toplayıb, büllütenlərdən 106-sı boş çıxıb.

Ötən gün keçirilən beşinci turda isə digər namizəd Senatın sədri Elisabetta Kaselatti 382 səs toplamışdı.

Səsvermənin növbəti turu bu gün yerli vaxtla səhər saatlarında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti