...

110-dan çox ölkə ÜST-ün COVID-19 peyvəndi ilə əhatə olunma hədəfindən geri qalır

Dünya xəbərləri Materials 14 Fevral 2022 22:32 (UTC +04:00)

Bakı. Trend:

Hazırda 116 ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qarşısına qoyduğu hədəfə çatmaq üçün peyvəndləmə cədvəlindən geri qalır. Təşkilatın məqsədi 2022-ci ilin ortalarına qədər hər dövlətdə əhalinin ən azı 70 faizinin peyvənd edilməsidir.

Trend-in məlumatına görə, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O, ABŞ-ın təşkil etdiyi COVID-19 üzrə Beynəlxalq Forumda çıxış edərkən qeyd edib: "Hazırda 116 ölkə bu ilin ortalarına qədər bütün ölkələrdə əhalinin 70 faizini peyvənd edilməsi ilə bağlı ümumi hədəfimizə çatmaq üçün qrafikdən geri qalır".

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri vurğulayıb ki, bəzi ölkələrdə əhalinin peyvəndə əlçatanlığının aşağı olması koronavirusun digər variantlarının yayılmasına səbəb olur.

Qebreyesus bəşəriyyətin bu il pandemiyanı nəzarət altına ala biləcəyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti