Bakı. Trend:
G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin fevralın 17-18-də keçirilməsi planlaşdırılan görüşü martın 1-nə qədər təxirə salınıb.
Trend-in məlumatına görə, bu barədə mənəblərə istinadən "Reuters" agentliyi xəbər yayıb.
Məkumata əsasən, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya nümayəndələrinin görüşü G20 ölkələrinin maliyyə nazirlərinin Cakartada İndoneziyanın sədrliyi ilə keçiriləcək birinci toplantısı zamanı keçirilməsi planlaşdırılırdı.
Mənbənin sözlərinə görə, G7 ölkələrinin maliyyə idarələri və mərkəzi banklarının rəhbərlərinin iclası iştirakçıların əksəriyyətinin G20 ölkələrinin iclasında şəxsən iştirak edə bilməyəcəyinə görə təxirə salınıb.
Qeyd edək ki, yanvarın 1-dən G7 -də sədrlik Almaniyaya keçib.