...

İtaliyanın Avstraliyadakı səfiri eyvandan yıxılaraq ölüb

Dünya xəbərləri Materials 21 Fevral 2022 06:46 (UTC +04:00)
İtaliyanın Avstraliyadakı səfiri eyvandan yıxılaraq ölüb

Bakı. Trend:

İtaliyanın Avstraliyadakı səfiri Françeska Tardiolu vətənində tətildə olarkən eyvandan yıxılaraq ölüb.

Trend-in "Corriere di Umbria"ya istinadən verdiyi məlumata görə, hadisə fevralın 19-da baş verib.

Məlumata əsasən, F.Tardiolinin ölümü ilə bağlı aradşrıma aparılır.

"La Stampa" qəzeti hadisənin bədbəxt hadisə olmadığını, 56 yaşlı diplomatın depressiyadan əziyyət çəkdiyini iddia edib.

Kanberradakı səfirlik "gözəl insan, peşəkar diplomat və insan haqları müdafiəçisi"nin vaxtsız vəfatı ilə bağlı başsağlığı verib.

F.Tardioli 2019-cu ilin sentyabrından Kanberrada səfir vəzifəsində çalışır. O, ingilis və fransız dillərini mükəmməl, alman və ispan dillərini isə yaxşı bilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti