...

Ukrayna Rusiya və Belarusla sərhəddə keçid məntəqələrini bağlayır

Dünya xəbərləri Materials 27 Fevral 2022 06:41 (UTC +04:00)
Ukrayna Rusiya və Belarusla sərhəddə keçid məntəqələrini bağlayır

Bakı. Trend:

Ukraynanın Nazirlər Kabineti Rusiya və Belarusla dövlət sərhədində keçid məntəqələrinin müvəqqəti bağlanması barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bunu ölkənin baş anzri Denis Şmıqal brifinq zamanı deyib.

"Hökumət Rusiya və Belarusla dövlət sərhədində keçid məntəqələrini müvəqqəti bağlamaq qərarına gəlib", - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, hazırda bu ölkələrin ərazisində olan və vətənə qayıtmaq istəyən Ukrayna vətəndaşları ölkəyə maneəsiz daxil ola biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti