...

Aİ ölkələri Rusiya təyyarələri üçün hava məkanlarını bağlamağı planlaşdırırlar

Dünya xəbərləri Materials 27 Fevral 2022 03:25 (UTC +04:00)
Aİ ölkələri Rusiya təyyarələri üçün hava məkanlarını bağlamağı planlaşdırırlar

Bakı. Trend:

Avropa İttifaqı ölkələri Rusiya təyyarələri üçün hava məkanlarını bağlamağı planlaşdırırlar.

Trend-in məlumatına görə, bunu Almaniyanın "ARD" telekanalının rəhbərinin müavini Mattias Deys mənbəyə istinadən bildirib.

"Aİ ölkələri Rusiya təyyarələri üçün hava məkanını bağlayacaq. Bunu mənə məlumatlı mənbə təsdiqləyib", - deyə M.Deys özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, daha əvvəl Rusiya təyyarələri üçün öz hava məkanlarını Litva, Latviya, Estoniya, Sloveniya, Rumıniya, Bolqarıstan, Polşa, Çexiya və Böyük Britaniya bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti