Bakı. Trend:
ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman Türkiyəyə səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətindən bildiriblər.
"Dövlət katibinin müavini Vendi Şerman martın 4-dən 11-dək İstanbul və Ankara (Türkiyə); Madrid (İspaniya); Rabat və Kasablanka (Mərakeş); Əlcəzair (Əlcəzair) və Qahirəyə (Misir) səfər edəcək", - deyə məlumatda deyilir.
Qeyd edilir ki, V.Şerman Rusiyanın hərbi əməliyyatını müzakirə etmək üçün Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal və digər rəsmilərlə görüşmək üçün 4-5 mart tarixlərində İstanbul və Ankaraya səfərinə başlayacaq.