...

Türkiyə prezidenti Kanadanın Baş naziri və Litva prezidenti ilə telefonla danışıb

Dünya xəbərləri Materials 5 Mart 2022 22:24 (UTC +04:00)
Türkiyə prezidenti Kanadanın Baş naziri və Litva prezidenti ilə telefonla danışıb

Bakı. Trend:

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kanadanın Baş naziri Castin Trüdo və Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə telefon danışıqları olub.

Trend-in məlumatına görə, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, danışıqlarda Rusiya ilə Ukrayna arasındakı böhran və Ukraynadakı son vəziyyət müzakirə olunub.

Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında sülhün bərpası üçün əllərindən gələn səyləri göstərməyə davam edəcəklərini qeyd edib.

Danışıqlar zamanı bölgədə baş verən son hadisələr ətrafında fikir mübadilələri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti