...

ÜST Ukraynaya 36 tondan çox humanitar tibbi yardım çatdırıb

Dünya xəbərləri Materials 6 Mart 2022 05:14 (UTC +04:00)

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukraynaya 36 tondan çox humanitar tibbi yardım çatdırıb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində ÜST-nin Avropa üzrə regional direktoru Hans Klüqe bildirib.

"36 metrik tondan çox humanitar tibbi yardım daşıyan yük maşınlarımız Lvova gəlib", - deyə o yazıb.

H.Klüqe qeyd edib ki, dərmanlar ölkənin hərbi əməliyyatlardan zərər çəkən bölgələrinə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti