...

"Adidas" Rusiyadakı mağazalarının faəliyyəti və onlayn ticarətini dayandıracaq

Dünya xəbərləri Materials 8 Mart 2022 05:44 (UTC +04:00)
"Adidas" Rusiyadakı mağazalarının faəliyyəti və onlayn ticarətini dayandıracaq

Bakı. Trend:

Almaniyanın idman ayaqqabıları və geyimləri istehsalı konserni "Adidas" Rusiyada mağazaların və onlayn ticarətin faəliyyətini növbəti bildirişə qədər dayandıracaq.

Trend-in məlumatına görə, bu barədə "BR24" radio stansiyası şirkətin açıqlamasına istinadən xəbər verib.

Məlumata əsasən, belə bir tədbirin qəbulu Ukraynadakı hərbi əməliyyatla bağlıdır. Eyni zamanda, şirkətin işçilərinin əməkhaqqı almağa davam etmələri qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti