...

Ərdoğan Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşünün Ukraynada atəşkəsə yol açacağına ümid edir

Dünya xəbərləri Materials 9 Mart 2022 15:20 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya və Ukrayna xarici işlər nazirlərinin Türkiyədəki görüşünün Ukraynada atəşkəs rejiminə yol açacağına ümid edirəm.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, həm Ukrayna, həm də Rusiya Qara dəniz vasitəsilə Türkiyənin qonşu ölkələridir.

"Hər iki qonşumuz arasında məsələnin silahlı münaqişəyə çevrilməsi bizi dərindən kədərləndirir. Ümid edirəm ki, nazirlər arasında keçirilməsi planlaşdırılan görüş ölkələr arasında dayanıqlı atəşkəsə yol açacaq. Bu kritik görüş ərəfəsində sakinlərin təxliyəsi üçün elan olunan müvəqqəti atəşkəsi də alqışlayırıq", - deyə o bildirib.

Qeyd edək ki, martın 10-da Antalyada Demokratiya forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşü nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti