...

Qırğızıstan-Tacikistan sərhədində atışma olub

Dünya xəbərləri Materials 10 Mart 2022 10:47 (UTC +04:00)
Qırğızıstan-Tacikistan sərhədində atışma olub

Bakı. Orxan Nəbiyev - Trend:

Qırğızıstan-Tacikistan sərhədinin mübahisəli sahələrinin birində atışma baş verib.

Trend-in məlumatına görə, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib.

Məlumatda bildirilir ki, martın 10-da səhər saatlarında tərəflər arasında odlu silahlardan istifadə olunmaqla insident baş verib. Xəsarət alanların olmadığı deyilir.

İnsidentdən sonra Qırğızıstan və Tacikistan rəsmiləri arasında danışıqlar keçirilib.

Xatırladaq ki, Qırğızıstanla Tacikistan arasında sərhəd bölgəsində ötən ilin aprelində və bu ilin yanvarında genişmiqyaslı toqquşmalar qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti