...

Türkmənistanda prezident seçkilərində səsvermə başa çatıb

Dünya xəbərləri Materials 12 Mart 2022 16:12 (UTC +04:00)
Türkmənistanda prezident seçkilərində səsvermə başa çatıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.

Trend-in məlumatına görə, yerli vaxtla saat 17:00-da (Bakı vaxtilə 16:00) ölkə ərazisində səsvermə məntəqələri bağlanıb.

Türkmənistan Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən, səsvermədə seçici fəallığı 86,34 faiz təşkil edib.

Qeyd edək ki, seçkilərdə prezident vəzifəsi uğrunda 9 namizəd, o cümlədən hazırkı prezident Qurbanqulı Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti