...

Konqoda qatar qəzasında 60 nəfər ölüb

Dünya xəbərləri Materials 12 Mart 2022 17:54 (UTC +04:00)
Konqoda qatar qəzasında 60 nəfər ölüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Konqo Demokratik Respublikasının Lualaba əyalətində qatar qəzası nəticəsində azı 60 nəfər həlak olub.

Trend-in məlumatına görə, qəza 10 vaqondan ibarət qatarın yüksəkliyə çıxması zamanı baş verib.

Maşinistin idarəetməni itirməsi nəticəsində vaqonlar relslərdən çıxaraq dərəyə yuvarlanıb.

Qeyd olunur ki, qəzaya uğrayan yük qatarı olub və sərnişin daşıması qadağan edilib.

Hazırda hadisə yerində axtarışlar davam edir. Ölü sayının artacağı istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti