Bakı. Trend:
Türkiyənin Bolu Dağı tunelində 18 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3-ü ağır olmaqla 17 nəfər xəsarət alıb.
Məlumata əsasən, hadisə yerinə çox sayda xilasedici, təcili tibbi yardım və polis briqadaları cəlb edilib.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.