Bakı. Trend:
Rusiya Ukraynada heç bir halda orada nüvə silahından istifadə etmək fikrində deyil.
Trend-in məlumatına görə, bu barədə "PBS" televiziya kanalında müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Heç kim nüvə silahının istifadəsini, hətta onlardan istifadə etmək fikrini də düşünmür", - deyə o vurğulayıb.
Rusiyanın nüvə doktrinasından danışan D.Peskov xatırladıb ki, Rusiya “nüvə silahından yalnız Rusiyanın mövcudluğuna təhlükəni aradan qaldırmaq lazımdırsa istifadə edə bilər və istifadə edəcək".