...

Gürcüstanın sabiq müdafiə naziri 5 milyon avro cərimələnib

Dünya xəbərləri Materials 29 Mart 2022 11:57 (UTC +04:00)
Gürcüstanın sabiq müdafiə naziri 5 milyon avro cərimələnib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Tbilisi şəhər məhkəməsi sabiq müdafiə naziri David Kezeraşvili və dövlət satınalmaları departamentinin sabiq rəisi Aleksandr Ninuanı 5 milyon avrodan çox məbləğdə cərimələyib.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Məhkəmənin hökmünə əsasən, sabiq nazir 2008-ci ildə Gürcüstanda hərbi təlimlər keçirilməsi üçün xarici şirkətlərin birinə 5 milyon avrodan çox vəsait köçürüb, amma nəzərdə tutulan təlimlər keçirilməyib.

2021-ci ilin sentyabrında Gürcüstan ali məhkəməsi D.Kezeraşvilini qiyabi olaraq beş il müddətinə azadlıqdan məhrum etmişdi.

Daha sonra Müdafiə Nazirliyi maddi təzminatın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdi.

Qeyd edək ki, David Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti