...

Üç ölkənin səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Dünya xəbərləri Materials 29 Mart 2022 13:34 (UTC +04:00)
Üç ölkənin səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Latviya, Litva və Estoniya səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend-in məlumatına görə, Baltikyanı ölkələrin səfirlərinin çağırılması həmin ölkələrdən bir sıra rusiyalı diplomatın çıxarılması qərarı ilə əlaqədar olub.

Qeyd edək ki, martın 18-də Latviya və Estoniya üç diplomatın, Litva isə dörd diplomatın ölkədən çıxarılacağını elan etmişdi.

Bundan başqa, Polşa, Şimali Makedoniya və bir sıra digər ölkələr Rusiya səfirliklərinin bir sıra əməkdaşlarını arzuolunmaz şəxs elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti