...

G7 ölkələrinin XİN başçılarının görüşünün vaxtı açıqlanıb

Dünya xəbərləri Materials 5 Aprel 2022 08:41 (UTC +04:00)
G7 ölkələrinin XİN başçılarının görüşünün vaxtı açıqlanıb

Bakı. Trend:

G7 xarici işlər nazirləri aprelin 7-də Brüsseldə bir araya gələcəklər.

Trend xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd edilir ki, G7 ölkələrinin xarici işlər nazirləri əvvəlcə Brüsseldə ayrı-ayrılıqda danışıqlar aparacaqlar ki, bu da Şimali Atlantika (NATO) alyansına üzv dövlətlərin xarici işlər nazirlərinin həmin günə planlaşdırılan iclasından əvvəl olacaq.

Hər iki görüşdə Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri Yoşimasa Hayaşi iştirak edəcək. O, ilk dəfə olaraq alyansın xüsusi dəvəti ilə NATO ölkələrinin xarici işlər orqanları rəhbərlərinin görüşündə iştirak edəcək.

"Yaponiya ilə NATO ölkələri arasında təkcə Ukraynadakı vəziyyət baxımından deyil, həm də azad və açıq Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsinə yönəlmiş əməkdaşlığın gücləndirilməsi planlaşdırılır", - bəyanatda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti