Bakı. Trend:
Macarıstanın cənubundakı Mindsent şəhərində qatar yük avtomobili ilə toqquşub.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 7 nəfər həlak olub. Bir neçə nəfərin xəsarət aldığı deyilir.
Qeyd olunur ki, toqquşma nəticəsində qatarın bir neçə vaqonu relslərdən çıxaraq aşıb. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Ölən və yaralananların sayının artması istisna olunmur.
Polisin məlumatına əsasən, qəza yük avtomobilinin qırmızı işığa baxmayaraq, dəmir yoluna çıxması nəticəsində baş verib.