...

Ankara Ukraynada dərhal atəşkəsin əldə olunmasına çağırır - XİN

Dünya xəbərləri Materials 8 Aprel 2022 23:36 (UTC +04:00)
Ankara Ukraynada dərhal atəşkəsin əldə olunmasına çağırır - XİN

Bakı. Trend:

Türkiyə Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.

Trend-in məlumatına görə, bu barədə Ukraynanın Kramatorsk şəhərində dəmiryol vağzalının atəşə tutulması ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatında deyilib.

"Biz dərhal atəşkəs elan etməklə bu dağıdıcı müharibəyə son qoymağa çağırışımızı qətiyyətlə təsdiq edirik", - deyə nazirlik bildirib.

Türkiyə XİN dəmiryol vağzalına hücum nəticəsində təxliyyə edilməsini gözləyən onlarla insanın həlak olması və yaralanması ilə əlaqədar dərin hüznlə başsağlığı verib:

"Bu faciəvi hadisə mülki şəxslərin təhlükəsiz təxliyəsini təmin etmək üçün humanitar dəhlizlərin yaradılmasının vacibliyini və aktuallığını bir daha nümayiş etdirdi".

Qeyd edək ki, Ukraynanın Kramatorsk şəhərində dəmiryol vağzalına raket hücumu nəticəsində 50-si uşaq olmaqla, evakuasiyanı gözləyən ən azı 50 mülki şəxs həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti