...

Hindistanda sərnişin qatarı relsdən çıxıb

Dünya xəbərləri Materials 16 Aprel 2022 10:24 (UTC +04:00)
Hindistanda sərnişin qatarı relsdən çıxıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın Mumbay şəhərində sərnişin qatarının üç vaqonu relsdən çıxıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Qeyd olunur ki, vaqonlar qatar yola düşdükdən qısa müddət sonra relsdən çıxaraq aşıb. İlkin məlumatlara görə, hadisə qatarın həmin xəttə hərəkət edən digər qatarla toqquşması nəticəsində baş verib.

Toqquşma zamanı qatar yeni sürət yığmağa başladığı üçün xəsarət alanların sayı az olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti