...

Kubada ağır yol qəzası olub, 53 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 20 Aprel 2022 08:16 (UTC +04:00)
Kubada ağır yol qəzası olub, 53 nəfər xəsarət alıb

Bakı. Trend:

Kubanın qərbindəki Pinar-del-Rio əyalətinin Konsolasion-del-Sur yaşayış məntəqəsi yaxınlığında insanları daşıyan yük avtomobili aşıb.

Trend "Cubadebate" xəbər portalına istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 53 nəfər xəsarət alıb.

Bildirilir ki, bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan 5-nin vəziyyəti ağırdır.

Qəzanın səbəbi barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti