Bakı. Trend:
Moskva vilayətinin Mıtişi şəhərində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 15 nəfər dəm qazından zəhərlənib.
Trend "TASS"-a istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru və hökumətinin mətbuat xidməti məlumat yayıb.
Yanğın 80 kv.m. sahəni əhatə edib. Yanğının söndürülməsi zamanı 8 nəfər təxliyyə edilib. Moskva vilayətinin prokurorluğu 3 nəfərin ölümünü təsdiqləyib. Yanğınla bağlı araşdırmalara başlanılıb.