...

İtaliyada mafiyaya qarşı əməliyyat keçirilib, 80-ə yaxın saxlanılan var

Dünya xəbərləri Materials 10 May 2022 13:59 (UTC +04:00)
İtaliyada mafiyaya qarşı əməliyyat keçirilib, 80-ə yaxın saxlanılan var
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada polis mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində "Ndrangeta" təşkilatı ilə əlaqəli olan 77 nəfər saxlanılıb.

Saxlananlar arasında Kalabriya vilayəti Kozoleto qəsəbəsinin meri də olub.

Əməliyyat Kalabriya vilayəti ilə yanaşı, paytaxt Romada da keçirilib. Kalabriyada 34, Romada isə 43 nəfər saxlanılıb.

Romada saxlanan şəxslər paytaxtda bir sıra müəssisələrin mafiyanın nəzarətinə keçməsi üçün fəaliyyət göstərməkdə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti