Bakı. Trend:
İsrailin paytaxtı Təl-Əvivin Ben Qurion hava limanında Türkiyənin "AnadoluJet" aviaşirkətinə məxsus təyyarənin uçuşu təxirə salınıb.
Trend-in məlumatına görə, buna səbəb sərnişinlərin telefonlarına "Airdrop" proqramı vasitəsilə təyyarə qəzası ilə əlaqədar fotoşəkilin göndərilməsi olub.
Sərnişinlər təşvişə düşdüyü üçün təyyarənin pilotları uçuşu təxirə salmaq qərarı alıb. Təyyarədə 165 sərnişin olub.
Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.