...

Estoniyada NATO ilə birgə hərbi təlimlər keçiriləcək

Dünya xəbərləri Materials 15 May 2022 23:10 (UTC +04:00)
Estoniyada NATO ilə birgə hərbi təlimlər keçiriləcək

Bakı. Trend:

Estoniyada mayın 16-da NATO ölkələrinin hərbçilərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayacaq.

Trend xəbər verir ki, bu barədə ölkənin Müdafiə Qüvvələrinin Baş Qərargahının saytında bildirilir.

Baş Qərargahdan bildirilib ki, təlimlər "Siil 2022" adlanır. Təlimlərdə 15 min estoniyalı hərbçi, həmçinin Şimali Atlantika Alyansının on ölkəsindən müttəfiqlər iştirak edəcək.

Təlimlət iyunun 3-ü başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti