...

Sanksiyalar Belarusun Aİ və Şimali Amerikaya ixracını 16-18 milyard dollar azaldıb

Dünya xəbərləri Materials 16 May 2022 02:50 (UTC +04:00)
Sanksiyalar Belarusun Aİ və Şimali Amerikaya ixracını 16-18 milyard dollar azaldıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu yaxınlarda Belarusa qarşı tətbiq edilən iqtisadi sanksiyalar bu ölkədən Aİ və Şimali Amerikaya ildə 16-18 milyard dollar həcmində ixracın qarşısını alıb.

Trend xəbər verir ki, bunu ölkənin baş naziri Roman Qolovçenko "Al Arabiya" telekanalına müsahibəsində deyib.

"Qərb sanksiyaları Belarusdan Aİ və Şimali Amerikaya ildə 16-18 milyard dollar həcmində ixracın qarşısını alıb", - deyə baş nazir bildirib.

R.Qolovçenko ölkəsi üçün iqtisadi itkilərin müvəqqəti olacağını və Belarus ixracının sürətlə Şərqə istiqamətlənəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti