...

Macarıstan parlamenti Viktor Orbanı baş nazir vəzifəsində təsdiq edib

Dünya xəbərləri Materials 16 May 2022 17:45 (UTC +04:00)
Macarıstan parlamenti Viktor Orbanı baş nazir vəzifəsində təsdiq edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan parlamenti ötən ay parlament seçkilərində qalib gəlmiş Viktor Orbanı baş nazir vəzifəsində təsdiq edib.

Trend-in məlumatına görə, V.Orbanın lehinə 133, əleyhinə 27 nəfər səs verib.

Səsvermədən sonra Viktor Orban and içərək səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, onun rəhbərlik etdiyi "FİDES - Macarıstan Vətəndaş İttifaqı" partiyası aprelin 3-də parlament seçkilərində qalib gəlmişdi.

Mayın əvvəlində ölkə prezidenti V.Orbana yeni hökuməti formalaşdırmağı tapşırmışdı.

Qeyd edək ki, Viktor Orban 1998-2002-ci illərdə baş nazir olduqdan sonra, 2010-cu ildən bu günədək yenidən bu vəzifəni icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti