Bakı. Trend:
Finlandiya parlamentində NATO-ya üzvlüklə bağlı müzakirələr başa çatıb.
Trend xəbər verir ki, bu barədə qanunverici orqanın saytında məlumat verilir.
Qeyd olunur ki, debat 14 saatdan çox davam edib, bu zaman ərzində 212 çıxış dinlənilib.
Məsələ baxılması üçün Xarici Əlaqələr Komitəsinə verilib. O, hökumətin təşəbbüsünə cavab hazırlayacaq.