...

Mərakeş ölkəyə daxil olmaq üçün "PCR" testinin təqdim edilməsi tələbini ləğv edib

Dünya xəbərləri Materials 18 May 2022 03:52 (UTC +04:00)
Mərakeş ölkəyə daxil olmaq üçün "PCR" testinin təqdim edilməsi tələbini ləğv edib

Bakı. Trend:

Mərakeş hökuməti ölkəyə daxil olmaq üçün "PCR" testinin cavabının təqdim edilməsi tələbini ləğv etmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabinəti bildirib.

Məlumata əsasən, hakimiyyət orqanlarının bu qərarı “Mərakeşdə epidemik vəziyyətin yaxşılaşması nəzərə alınmaqla fövqəladə sanitar vəziyyətin idarə edilməsi ilə bağlı hüquqi normalar əsasında” qəbul edilib.

Mərakeşə indiyə qədər daxil olmaq üçün təyyarəyə minməzdən 48 saatdan az bir müddət əvvəl "PCR" test mənfi nəticəsinin təqdim edilməsi tələb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti