...

Co Bayden Ukraynaya əlavə hərbi yardım ayrılacağını açıqlayıb

Dünya xəbərləri Materials 20 May 2022 00:03 (UTC +04:00)
Co Bayden Ukraynaya əlavə hərbi yardım ayrılacağını açıqlayıb

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden qanunvericilik prosedurlarının tamamlanmasını və ABŞ Konqresinin hər iki palatasında Ukraynaya 40 milyard dollarlıq yardımın ayrılmasına dair qanun layihəsinin qəbulunu alqışlayıb.

Trend "Ukrinform"-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Ağ Evin saytında dərc edilmiş rəsmi bəyanatda deyilir.

ABŞ prezidenti hər iki partiyanı Nümayəndələr Palatasında və Senatda təmsil edən liderlərə Ukraynaya yardımın davamlı olmasını təmin etmək məqsədilə qanun layihəsinin tezliklə nəzərdən keçirilməsinə və qəbuluna görə təşəkkür edib.

"Bu günə qədər biz Ukraynaya tarixi müdafiə yardımı göstərmişik və mənim administrasiyam Konqresin icazə verdiyi silah və texnikanın çatdırılmasını sürətləndirməyə davam edəcək. Bu gün mən Ukraynanı əlavə artilleriya, radar və digər avadanlıqlarla təmin edəcək növbəti təhlükəsizlik yardım paketini elan edirəm", - C. Bayden bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti