...

Yunanıstan Hərbi Hava Qüvvələri Türkiyənin hava məkanını pozub - XİN

Dünya xəbərləri Materials 21 May 2022 02:46 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Yunanıstan tərəfindən ölkənin hava məkanını pozmasını qətiyyətlə pisləyir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç bildirib.

T.Bilgiç qeyd edib ki, Yunanıstan Hərbi Hava Qüvvələri mayın 16-17-də Türkiyə hava məkanını pozub.

"Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri mayın 16-da Gökçeada adasından qərbdə və mayın 17-də Enez şəhərindən qərbdə hava məkanımızı pozub. Hərbi Hava Qüvvələrimiz mayın 18-də bu təxribat xarakterli pozuntulara qarşılıqlı fəaliyyət qaydalarına uyğun olaraq lazımi cavabı verib", - deyə Türkiyə mətbuat katibi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti