...

"Nike" şirkəti Rusiyada fəaliyyətini dayandırır

Dünya xəbərləri Materials 25 May 2022 06:12
"Nike" şirkəti Rusiyada fəaliyyətini dayandırır

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ-ın "Nike" şirkəti Rusiyada brend mağazalar şəbəkəsinin sahibi olan Inventive Retail Group (IRG) ilə françayzinq müqaviləsini yeniləməyib.

Trend xəbər verir ki, bu barədə yerli "Vedomosti" nəşri yazır.

Məlumata görə, "Nike" yaxın gələcəkdə Rusiyaya malların çatdırmaq iqtidarında deyil. Hazırda mövcüd olan mallar tükəndikcə, IRG bu marka altında bütün mağazalarını bağlamaq məcburiyyətində qalacaq.

"Mövcud reallıqlar fonunda biz monobrend mağazaların fəaliyyətini davam etdirə bilmərik və onları bağlamaq məcburiyyətində qalacağıq", - IRG-nin PR-meneceri Lyudmila Semuşina bildirib.

2022-ci ilin martında şirkət malların Rusiyadakı müştərilərə çatdırılmasına zəmanət verə bilməyəcəyini bəyan etmişdir. Bununla da, şirkət Rusiya onlayn mağazasının fəaliyyətini və bölgəyə çatdırılmanı dayandıraraq, birbaşa nəzarəti altında olan bütün mağazaları müvəqqəti olaraq bağlamışdır. Şirkətin rəsmi saytı xəbər verir ki, son 2 ay ərzində Rusiyada "Nike" monobrend mağazalarının sayı 116-dan 56-ya düşüb ki, onlardan da 19-u müvəqqəti bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti