Bakı. Trend:
Meksikanın mərkəzində San-Luis-Potosi ştatında avtobus dərəyə aşıb.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində ölkənin Milli Qvardiyası bildirib.
Məlumata əsasən, qəza nəticəsində azı 6 nəfər ölüb, 15 nəfər yaralanıb.
Avtobusda Mərkəzi Amerikadan olan insanlar olub. Ehtimal olunur ki, onlar ABŞ ilə sərhəd ərazisinə gedirdilər.