...

Hindistanda avtobus qəzaya uğrayıb, 25 nəfər ölüb

Dünya xəbərləri Materials 5 İyun 2022 21:29 (UTC +04:00)
Hindistanda avtobus qəzaya uğrayıb, 25 nəfər ölüb

Bkaı. Trend:

Hindistanın Uttarakhand ştatında zəvvarları daşıyan avtobus dərəyə aşıb.

Trend "ANİ" agentliyinə istinadən xəbər verir ki, avtobusun dərəyə aşması nəticəsində azı 25 zəvvar həlak olub, 3-ü isə xəsarət alıb.

Məlumata əsasən, qəza zamanı avtobusda 28 nəfər olub. Hazırda xilasetmə əməliyyatları davam etdirilir.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti