Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə səfəri başa çatdıqdan sonra Ermənistana işgüzar səfər edib.
Trend-in TASS-a istinadən məlumatına görə, S.Lavrov bu gün ərzində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək.
Onun, həmçinin Ermənistanın baş naziri və prezidenti ilə görüşləri nəzərdə tutulub.
Sabah isə S.Lavrov İrəvanda KTMT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.