...

Pekində koronavirusa yoluxma ocağı müəyyən edilib

Dünya xəbərləri Materials 13 İyun 2022 00:32 (UTC +04:00)
Pekində koronavirusa yoluxma ocağı müəyyən edilib

Bakı. Trend:

Pekində uzun müddət ərzində ilk dəfə olaraq koronavirusa yoluxma ocağı aşkarlanıb.

Trend xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Pekin Səhiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, şəhərin çoxlu sayda xarici turistin yaşadığı Çaoyan rayonunda barlardan birində COVID-19-a yoluxma halları qeydə alınıb. Hazırda 60-dan çox xəstəliyə yoluxma halını müəyyən edib.

Bildirilir ki, qeydə alınmış yoluxma ocağı barədə xəbərlər fonunda rayon administrasiyası karantin tədbirlərini sərtləşdirib. Belə ki, ərazidə barlar, restoranlar və kafelər də daxil olmaqla bütün ictimai obyektlər bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti