...

İspaniyada qatarlar toqquşub, 29 nəfər yaralanıb

Dünya xəbərləri Materials 13 İyun 2022 10:31 (UTC +04:00)
İspaniyada qatarlar toqquşub, 29 nəfər yaralanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Kataloniya muxtar əyalətində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 29 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, ötən gün axşam saatlarında Barselonadan Tortosa şəhərinə sərnişinləri aparan qatar digər qatarla toqquşub.

Qatarda 75 sərnişin olub. Xəsarət alanların sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti