...

Ferstappen Kanada Qran Prisində təsnifat mərəhələsinin qalibi olub

Dünya xəbərləri Materials 19 İyun 2022 05:48 (UTC +04:00)
Ferstappen Kanada Qran Prisində təsnifat mərəhələsinin qalibi olub

Bakı. Trend:

"Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen bazar günü axşam "Formula 1" üzrə dünya çempionatının 9-cu raundu olan Kanada Qran Prisi çərçivəsində təsnifat mərhələsinin qalibi olub.

Trend xəbər verir ki, ikinci yeri "Alpin" komandasının ispaniyalı pilotu Fernando Alonso olub. İlk üçlüyü "Ferrari" komandasının pilotu ispan Karlos Sayns qapayıb.

Bu, hazırki dünya çempionu olan Ferstappenin mövsemdə ikinci pouludur. O, həm də pilotlar arasında ümumi sıralamada da liderdir.

Xatırladaq ki, Maks Ferstappen ötən həftə "Formula 1" üzrə 2022-ci il dünya çempionatının Bakıda baş tutmuş 8-ci mərhələsi çərçivəsində qalib olmuşdur. Gərgin mübarizə şəraitində keçən yarışda ikinci yeri onun komanda yoldaşı Serxio Peres, üçüncü yeri isə “Mercedes” komandasının pilotu Corc Russell qazanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti